
Əlizadə Mədinə Azad qızının 14 yaşı münasibətilə təbrik
20 dekabr 2011-ci il tarixində Sumqayıt şəhərində dünyaya göz açmış Əlizadə Mədinə Azad qızının 14 yaşı tamam olur. Hal-hazırda Mədinə Sumqayıt Şəhəri Təbiət Elmləri Gimnaziyasının 8-ci sinfində təhsil alır və elmə, biliyə marağı ilə seçilir.
Bu əlamətdar gün münasibətilə Mədinənin babası Yadigar bəy, nənəsi Bəsti xanım, əmisi Rəfail bəy, atası Azad, anası Nərgiz, eləcə də bibiləri Aygün və Aytel öz səmimi təbriklərini və xoş arzularını bildirirlər.
Eyni zamanda “Açıq Göz” İctimai Nəzarət Təşkilatının rəhbəri İlyas Alıyev və təşkilatın kollektivi də Əlizadə Mədinəni ad günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, dərslərində yüksək nailiyyətlər, gələcək həyatında uğurlar və xoşbəxtlik arzulayırlar.
İnanırıq ki, Mədinə aldığı sağlam ailə tərbiyəsi və qazandığı biliklər sayəsində ölkəmizin layiqli, savadlı və fəal gənclərindən biri olacaq.
Bir daha ad günün mübarək, Mədinə!
Uğurlu və parlaq gələcək səninlə olsun!
Açıq Göz İctimai Nəzarət Təşkilatı
Rəhbər: İlyas Alıyev
