12–18 dekabr 2025-ci il tarixlərində Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi, sosial və mənəvi əhəmiyyət daşıyan bir sıra mühüm tədbirlər həyata keçirilib. Keçirilən tədbirlər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin anılması, şəhid ailələri və qazilərə diqqət və qayğının artırılması, eləcə də vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi məqsədi daşıyıb.
Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub

12 dekabr 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidə önünə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri və rayon ictimaiyyəti tərəfindən gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.




Daha sonra rayon ictimaiyyəti üçün ehsan süfrəsi açılıb. İcra başçısı Rəşad Tağıyev çıxışında bildirib ki, 12 dekabr müasir Azərbaycan dövlətçiliyinin memarı, milli ideologiyamızın banisi Heydər Əliyevin əziz xatirəsinə ehtiram günüdür və Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri daim minnətdarlıqla xatırlanır.




“Dövlət və xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib

13 dekabr 2025-ci il tarixində Şəmkir şəhəri M.Fizuli adına məktəb-liseydə Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş “Dövlət və xalq üçün yaşanan ömür” adlı tədbir təşkil edilib. Tədbir Şəmkir Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə baş tutub.




Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında oynadığı əvəzsiz roldan bəhs edərək, bu siyasi xəttin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.


Düyərli kəndində səyyar qəbul keçirilib.

15 dekabr 2025-ci il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin vətəndaşlarla növbəti səyyar qəbulu Düyərli kəndində keçirilib. Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, kəndin mövcud problemləri müzakirə olunub.








Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlər nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. İcra başçısı rayonda aparılan abadlıq-quruculuq işləri barədə də sakinlərə ətraflı məlumat verib.
Şəhidlərin xatirəsi ehtiramla anılıb.

Şəhidlərin məzarları ziyarət olunub, ailə üzvlərinə başsağlığı verilib, onların xatirəsi hörmət və ehtiramla yad edilib.



Şəhid ailələri və qazilərlə görüşlər davam edir

Hesabat dövründə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Zəyəm Cırdaxan kəndində şəhid ailələri və qazilərlə də görüş keçirib. Görüşdə şəhid ailələrinin və qazilərin problemləri dinlənilib, onların sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.






Nəqliyyat sahəsində artım müşahidə olunur

Şəmkir Rayonunun makroiqtisadi göstəricilərinə əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında rayonda avtomobil nəqliyyatı ilə 21 milyon 201 min nəfər sərnişin daşınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artım deməkdir.
