Cəmiyyətə xidmət etməyi həyat amalına çevirən Məmmədov Ağalar Qədim oğlu uzun illər hüquq-mühafizə orqanlarında şərəf və ləyaqətlə xidmət göstərmiş, dövlətə və xalqa sədaqətin canlı nümunəsinə çevrilmişdir. Onun polis zabiti kimi fəaliyyəti dövründə qanunun aliliyinin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması və ictimai asayişin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilmişdir.

Təqaüdə çıxdıqdan sonra da ictimai fəaliyyətdən uzaqlaşmayan Ağalar müəllim bu gün “Açıq Göz” İctimai Nəzarət Təşkilatının Qərb bölgəsi üzrə sədri kimi fəaliyyət göstərir. O, bölgədə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi, vətəndaş müraciətlərinin araşdırılması, dövlət qurumları ilə vətəndaşlar arasında sağlam dialoqun qurulması istiqamətində əhəmiyyətli təşəbbüslərlə çıxış edir.
Onun rəhbərliyi ilə həyata keçirilən görüşlər, maarifləndirici tədbirlər və ictimai müzakirələr bölgədə vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfə verir. Ağalar müəllim öz prinsipiallığı, obyektivliyi və dürüst mövqeyi ilə həm kollektivin, həm də ictimaiyyətin hörmətini qazanmışdır.
Dövlətə sədaqət, xalqa xidmət
61 illik ömür yoluna nəzər saldıqda, burada zəhmət, məsuliyyət və vətənə bağlılıq dayanır. Onun həyat yolu gənc nəslə örnək, həmkarlarına isə nümunədir.
“Açıq Göz” İctimai Nəzarət Təşkilatının kollektivi olaraq Məmmədov Ağalar Qədim oğlunu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Doğum gününüz mübarək olsun, Ağalar müəllim!
