Bu gün Azərbaycan xalqının xilaskarı, müasir dövlətçiliyimizin banisi və tarixi şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bu münasibətlə ölkənin müxtəlif qurumları kimi, Açıq Göz İctimai Nəzarət Təşkilatının Mətbuat Xidmətinin rəhbəri Rafael Yusifoğlu da Fəxri Xiyabanı ziyarət edib.
Rafael Yusifoğlu Ulu Öndərin məzarı önünə tər güllər düzüb, dahi liderin xatirəsini dərin ehtiramla yad edib. Ziyarət zamanı o, Azərbaycanın bu gün əldə etdiyi bütün uğurların, sabitliyin, güclü dövlətçilik dayaqlarının Heydər Əliyevin müdrik siyasətindən qaynaqlandığını vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri bildirib:
“Heydər Əliyev Azərbaycan xalqının qəlbində ölməz bir şəxsiyyət, yolumuzu işıqlandıran böyük bir idealdır. Onun yaratdığı dövlətçilik fəlsəfəsi bu gün Azərbaycanın tərəqqisinin əsas sütunudur. Biz – Açıq Göz İctimai Nəzarət Təşkilatının nümayəndələri olaraq Ulu Öndərin ideyalarına sadiq qalır, ədalətin və şəffaflığın qorunması istiqamətində fəaliyyətimizi davam etdiririk.”
Rafael Yusifoğlu qeyd edib ki, Azərbaycanın inkişaf strategiyası və vətəndaş rifahının gücləndirilməsi istiqamətində bu gün görülən bütün işlərin əsasında Heydər Əliyev siyasətinin möhkəm təməli dayanır. O, gənc nəsillər üçün də Ulu Öndərin həyat yolunun örnək olduğunu diqqətə çatdırıb.
