Bu gün Şəki şəhər “Açıq Göz” İctimai Nəzarət Təşkilatının kollektivi Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə dahi liderin şəhərdə ucaldılmış abidəsini ziyarət ediblər. Təşkilat üzvləri abidənin önünə tər qərənfillər qoyub, Heydər Əliyevin əziz və unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Ziyarət zamanı kollektiv üzvləri Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkədə sabitliyin bərqərar olması, milli-mənəvi dəyərlərin qorunması və inkişafı naminə gördüyü böyük işləri bir daha xatırladı. Təşkilat üzvləri vurğulayıblar ki, Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycan üçün ən möhkəm yol xəritəsi olaraq qalır.
Ziyarətdən sonra təşkilatın Şəki ofisində geniş toplantı keçirilib. Toplantıda Ulu Öndərin həyat və fəaliyyət yolundan danışılıb, onun ölkəmizə qazandırdığı nailiyyətlər, dövlətçilik ideyaları və xalqına olan böyük sevgisi gündəmə gətirilib. Kollektiv üzvləri Heydər Əliyevlə bağlı xatirələrdən, onun nümayiş etdirdiyi liderlik keyfiyyətlərindən və Azərbaycan üçün gördüyü misilsiz xidmətlərdən söz açıblar.
İclasda həmçinin qeyd olunub ki, “Açıq Göz” İctimai Nəzarət Təşkilatı öz fəaliyyətində Heydər Əliyevin yaratdığı prinsipiallıq, ədalət, şəffaflıq və dövlətçilik ideyalarını rəhbər tutur və bundan sonra da bu ideyalara sadiq qalaraq fəaliyyətini davam etdirəcək.
Sonda kollektiv Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə Allahdan rəhmət diləyib, onun ideyalarının daim yaşadılacağı bildirilib.
