Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən Azərbaycanın regionlarında kartof yığımının həcminə dair göstəricilər açıqlanıb.
Göstəricilərə əsasən Şəmkir rayonu ənənəvi olaraq siyahıya başçılıq edir. Belə ki, sözügedən dövrdə respublikada istehsal edilmiş 903 022 ton kartofun 21,2 faizi, yəni 191 414 tonu rayonumuzda yetişdirilib.
Xatırladırıq ki, 2023 və 2024-cü illərin göstəricilərinə əsasən kənd təsərrüfatı məhsullarının həcminə görə respublikada lider olan Şəmkir rayonunda cari ildə də göstəricilərin daha da yaxşılaşdırılması hədəflənib
