Prezident İlham Əliyev Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) iştirakçılarına müraciət ünvanlayıb. “Qafqazinfo” xəbər verir ki, müraciəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oxuyub. “Hörmətli Forum iştirakçıları! Sizi Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun açılışı münasibətilə salamlayıram. Xankəndi şəhərinə xoş gəlmisiniz. Azərbaycanda üçüncü dəfə təşkil olunan və artıq ənənə halını almış bu tədbir…
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycanın ona dair müvafiq qeyd-şərti ilə təsdiq edilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qeyd edək ki, sənəd MDB Hökumət Başçıları Şurasının 2022-ci il oktyabrın 28-də keçirilmiş iclasında imzalanmışdı.
Tarixdə elə günlər var ki, xalq üçün taleyüklü əhəmiyyət daşıyır. Bugünkü kimi… “Qafqazinfo” xəbər verir ki, oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür. 2003-cü ilin bu günü Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin ilk dəfə Prezident seçilməsi Azərbaycanın çağdaş tarixində mühüm hadisə oldu. Məhz həmin gündən…
“Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 18 iyul 2018-ci il tarixli Fərmanda dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb. Fərmana əsasən, Xidmətin işçilərinin say həddi 55-dən 65-ə çatdırılıb. Prezidentin imzaladığı digər Fərmana əsasən, Dövlət Turizm Agentliyinin işçilərinin də say həddi artırılıb. Fərmana əsasən, Agentliyin işçilərinin say həddi cəmi…
Azərbaycanda insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə göndəriləcək. Dövlət başçısının imzaladığı Fərmanla müvafiq…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən..
Ev dustaqlığına məhkum edilən Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər. İNT informasiya agentliyi haqqin.az-a istinadən xəbər verir ki, açıq mənbələrə görə, Mehdiyevə aşağıdakı əmlaklar aid edilir: Novxanıda yerləşən üzüm bağları, Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpaqları, o cümlədən Novxanıda 155 hektar və Xınalıq kəndində 50 hektar…
“Rusiya-Ukrayna müharibəsinin uzun müddət davam etməsi Azərbaycan və region üçün bir sıra ciddi riskləri ortaya çıxarır” Politoloq Tural İsmayılov deyib: “İlk növbədə, enerji və iqtisadi sahədə təzyiq artır. Azərbaycan enerji tədarükçüsü olduğundan müharibənin uzanması neft və qaz qiymətlərində dalğalanmalara, tranzit xətlərində isə qeyri-müəyyənliyə səbəb ola bilər. Bu, birbaşa ölkə iqtisadiyyatına təsir edir, dünyada investisiya mühitini…
Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. President.az-a istinadən İNT informasiya agentliyi xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb. Qeyd edək ki, saziş 2025-ci il sentyabrın 1-də Brazilia şəhərində imzalanıb.
Maliyyə Monitorinqi Xidmətində işçilərinin say həddi artırılıb. President.az-a istinadən İNT informasiya agentliyi xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb. Bundan başqa, Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi 55 ştat vahidindən 65 ştat vahidinə artırılıb.