Category: XƏBƏRLƏR


  • Dövlət başçısı: Son 12 ildə müxtəlif ssenarilərin, çətinliklərin, problemlərin şahidi oluruq

    Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı son 12 ildə müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi olduqlarını bildirib. “Report” xəbər verir ki, dövlət başçısı Azərbaycanın boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdə olduğunu da söyləyib:…

  • Prezident: İki-üç ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik

    Azərbaycan iki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyir. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, bu il “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir: “Hasilatın ötən…

  • İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

    Amerika Birləşmiş Ştatları (ABŞ) ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, ABŞ və Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası bir çox sahələri,…

  • İlham Əliyev: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik

    Azərbaycan Prezidenti İlham Əliyev 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasının gözlənildiyini deyib. “Report” xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı Azərbaycan Prezidenti qeyd edib ki, bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə…

  • Tramp: İranın HDQ, HHQ və HHM sistemləri məhv edilib

    ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-nin hava zərbələri nəticəsində İran Hərbi Dəniz (HDQ) və Hərbi Hava Qüvvələri (HHQ), eləcə də radiolokasiya sistemlərindən məhrum olub. “Report” xəbər verir ki, o, bu barədə Ağ Evdə Almaniya kansleri Fridrix Mertslə görüşündə bildirib. “Onların donanması, Hərbi Hava Qüvvələri, hava aşkarlama vasitələri, radarları, demək olar ki, heç nələri yoxdur, hamısı…

  • Azərbaycan Aİ ilə “yaşıl bağlantılar”a investisiyaları müzakirə edib

    Azərbaycanda enerji bağlantıları, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində investisiya imkanları və Avropa İttifaqının (Aİ) bu istiqamətlərdə dəstəyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası ilə paralel olaraq…

  • Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

    Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində “Yaşıl enerji layihələri” sessiyası keçirilib. “Report” xəbər verir ki, Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib. “Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan…

  • Ələsgərov Elçin Cahan oğlunun 62 yaşı tamam olur

    Bu gün Açıq Göz İctimai Nəzarət Təşkilatının Bakı şəhəri, Xəzər rayonu üzrə sədri Ələsgərov Elçin Cahan oğlunun 62 yaşı tamam olur. Ömrünün 62-ci baharına qədəm qoyan Elçin müəllim uzun illərdir ki, ictimai fəaliyyət sahəsində fəallığı, prinsipial mövqeyi və təşkilati bacarığı ilə seçilir. O, rəhbərlik etdiyi Xəzər rayon təşkilatında ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi, vətəndaş müraciətlərinə həssas…

  • “Turan Dünyası” kitabının təqdimatı keçiriləcək

    Birləşmiş Millətlər Təşkilatının tərəfdaşı olan İnsan Hüquqlarının Müdafiəsi Komissarlığının general-leytenantı Firdovsi Ələkbərovun ideyası və təşəbbüsü ilə “Turan Dünyası” adlı yeni kitab işıq üzü görüb. Türk dünyasının ortaq tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri və gələcək perspektivlərinə həsr olunan nəşr artıq ictimaiyyətə təqdim olunmağa hazırdır. Kitabın rəsmi təqdimat mərasimi martın 6-da Atatürk Mərkəzi-ndə keçiriləcək. Tədbirə Azərbaycan Respublikasında…

  • Azərbaycan və Rusiya “AZAL” təyyarəsinin qəzası ilə bağlı problemlərin həlli üçün praktik addımlar atacaq

    Azərbaycan və Rusiya 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edərkən söhbət zamanı məlumat verilib. Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava…

Translate »