Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. “Report” xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İrandan təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib. Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Söhbət zamanı qeyd…
İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmənin tətbiqi 2027-ci ilə təxirə salınıb. “Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiq edib. Sənədə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın…
Cəmiyyətə xidmət etməyi həyat amalına çevirən Məmmədov Ağalar Qədim oğlu uzun illər hüquq-mühafizə orqanlarında şərəf və ləyaqətlə xidmət göstərmiş, dövlətə və xalqa sədaqətin canlı nümunəsinə çevrilmişdir. Onun polis zabiti kimi fəaliyyəti dövründə qanunun aliliyinin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması və ictimai asayişin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilmişdir. Təqaüdə çıxdıqdan sonra da ictimai fəaliyyətdən uzaqlaşmayan…
Milli Məclis Cinayət və Cinayət-Prosessual məcəllələrinə Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ilə əlaqədar təklif edilən dəyişiklikləri ilk oxunuşda qəbul edib. Metbuat.az xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Məlumat verilib ki, hazırkı qanun layihəsinin əsas məqsədi kibercinayətkarlığa qarşı mübarizə sahəsində yeni çağırışlara cavab vermək, qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmaq,…
Milli Məclis “Uşaq hüquqları haqqında” yeni hazırlanmış qanunun layihəsini ilk oxunuşda qəbul edib. Metbuat.az xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Yeni hazırlanan layihə barədə məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, hazırda qüvvədə olan mövcud qanun 5 fəsil və 45 maddədən ibarət idisə, yeni layihədə uşaq…
Son dövrlərdə bəzi media resurslarında və sosial şəbəkələrdə BMT tərəfdaşı kimi təqdim olunan İnsan Hüquqlarının Müdafiəsi istiqamətində fəaliyyət göstərən komissarlıq əməkdaşı, general-leytenant Firdovsi Ələkbərovun ailə üzvləri ilə bağlı bir sıra iddialar yayılmaqdadır. Xüsusilə oğlu Ayxan Ələkbərovun şəxsi həyatı üzərindən səsləndirilən ittihamlar – Moldova Respublikasının vətəndaşı Nina xanımla qeyri-rəsmi nikah münasibəti və azyaşlı uşaqla bağlı zorakılıq…
Bakı, 2026 – “Açıq Göz” İctimai Nəzarət Təşkilatının ictimai-nezaret.com media resursu tərəfindən keçirilən ictimai nəzarət üzrə bilgi test yarışması uğurla başa çatıb. Tədbir təşkilatın təsisçisi İlyas Alıyevin icazəsi ilə həyata keçirilmiş və suallar mətbuat xidmətinin rəhbəri tərəfindən xüsusi hazırlanmışdır. 📌 Yarışma Formatı: 3 Tur Yarışma 3 tur şəklində keçirilib: Test formatı iştirakçılara həm sürətli cavab…
Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. “Report” xəbər verir ki, Sərəncamda deyilir: – 2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur. Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən…
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. “Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri…
İordaniyanın daxili işlər naziri Mazen Əl-Farrayya Azərbaycan səfiri Şahin Abdullayevi qəbul edib. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyinin “X” səhifəsində bildirilib. “Tərəflər hüquq-mühafizə orqanları arasında münasibətlərin inkişafı və cinayətkarlıqla mübarizədə əməkdaşlıq imkanlarını müzakirə ediblər”, – paylaşımda qeyd olunub.